“Xüsusi hazırlanmış proqram təminatı” — bu, bir şirkətin və ya layihənin konkret ehtiyaclarına görə sıfırdan və ya xüsusi modifikasiyalarla hazırlanmış proqram məhsuludur. Burda hər bir xırda detallara önəm verilir. Mövcud biznes fəaliyyətinin avtomatlaşdırılması ilə yanaşı proseslərin optimallaşdırılması və şəffaflaşdırılması əsas prioritet hədəfə çevrilir.
İstifadəçi ekranları vasitəsi ilə icra olunan əməliyyatların növü, sayı, sürəti, emal olunan məlumatların təhlükəsizliyi proqram təminatının arxa hissəsinin mükəmməllik səviyyəsindən asılıdır. Təcrübəli proqramçılarımız proqram təminatının bu hissəsinə xüsusi diqqət ayırır. Tərtib olunmuş hər bir kod sətri bir neçə mərhələdən ibarət yoxlamalardan keçir.
İstənilən proqram təminatından əsas gözləntilər biznes proseslərin maksimal dərəcədə avtomatlaşdırılması, optimallaşdırılması və təhlükəsiz icra olunmasıdır. İstifadəçilərin proqram təminatından istifadəsi zamanı istifadəçi rahatçılığı və proqram təminatının istənilən qurğularla adaptasiya oluna bilən olması önəmli məqamdır. Təcrübəli komandamız proqram təminatlarının ön hissəsinin istifadəçi yönümlü olmasını təmin etmək üçün intuitiv və interaktiv interfeyslər yaratmaqla istifadəçilərin iş prosesinə rahat fokuslanmasını təmin edir. Sənayenin ən yaxşı təcrübələrini və əlçatanlıq standartlarını nəzərə alaraq istənilən cihazda qüsursuz işləyən innovativ proqram təminatları tərtib edir.
İki eyni tipli müştəri olmur. Parlaq dizayn isə rəqabət üstünlüyü deməkdir. Təcrübəli dizaynerlərimiz hər bir biznesin mahiyyətini təhlil edir, proqram təminatlarının qrafik dizaynının hazırlanması zamanı individuallığın təmin olunmasına yüksək məsuliyyətlə yanaşır. Nəticə etibarı ilə bizim mütəxəssislər tərəfindən mükəmməl şəkildə dizayn edilmiş məhsullar istifadəçilərin diqqətini cəlb edir, brendin dəyərini artırır və biznesin rəqabət qabiliyyətini gücləndirirərək köhnəlmiş UX-dən xilas olmağa kömək edir.