RƏQƏMSAL TRANSFORMASİYA RƏQABƏT ÜSTÜNLÜYÜ QAZANDIRIR

  inCore MMC – biznes proseslərin təhlili və avtomatlaşdırılması sahəsində ixtisaslaşmış bir şirkətdir. Biz müştərilərimizin iş fəaliyyətini daha effektiv və səmərəli hala gətirmək üçün innovativ texnologiyalar və fərdi həllər təklif edirik.

  Biznes proseslərinin dərin təhlili əsasında şirkətlərə ən uyğun avtomatlaşdırma həlləri təqdim edərək, əməliyyatların sürətlənməsini, xərclərin optimallaşdırılmasını və ümumi məhsuldarlığın artırılmasını təmin edirik. Müxtəlif sektorlar üzrə təcrübəmiz və dərin analitik yanaşmamızla, biz müəssisələrə rəqəmsal transformasiya yolunda davamlı dəstək göstəririk. Bizim missiyamız – müştərilərimizin iş axınlarını daha asan idarə olunması və inkişaf etdirilməsi üçün qabaqcıl texnologiyaların imkanlarından istifadə edərək, yüksək keyfiyyətli həllər təqdim etməkdir.

 

inCore la əməkdaşlıq edərək, biznesinizin rəqəmsal
gələcəyini formalaşdırın!

transformasiya innovasiya rəqəmsallaşdırmaq effektivlik

Əsas xidmətlər

Proqramlaşdırma
Proqramlaşdırma
Mobil tətbiqlər
Mobil tətbiqlər
Kodun yoxlanılması
Kodun yoxlanılması
UI/UX Dizayn
UI/UX Dizayn
Web saytlar
Web saytlar
Infrastruktur həlləri
Infrastruktur həlləri
IT Audit
IT Audit
İnformasiya təhlükəsizliyi
İnformasiya təhlükəsizliyi
İT Konsaltinq
İT Konsaltinq

Layihələrin icrası zamanı yanaşmamız

Biznesin təhlili

Biznes proseslərinin dərin araşdırılması, inzibati və əməliyyat fəaliyyətinin real vəziyyətinin analiz edilməsi, iş axınlarının xəritələndirilməsi və optimallaşdırma potensialının müəyyən edilməsi mərhələsidir.

Tələblərin Təhlili

Biznesin, funksional və qeyri-funksional tələblərinin toplanması, analiz edilməsi və sənədləşdirilməsi.

Sistem Arxitekturasının Hazırlanması

Sistem komponentlərinin strukturu, qarşılıqlı əlaqə modeli və istifadə ediləcək texnologiyaların müəyyən edilməsi.

İstifadəçi İnterfeysi və Təcrübəsinin Dizaynı

İstifadəçi ssenarilərinin hazırlanması (UX) və interfeysin vizual tərtibatının (UI) həyata keçirilməsi. Wireframe, maket və prototiplərin hazırlanması.

Ətraflı Texniki Tapşırığın Hazırlanması

Sistemin texniki quruluşu, modullar, API-lər, məlumat bazası modeli və funksional mexanizmlərin sənədləşdirilməsi. İnkişafı üçün əsas istinad sənədlərinin hazırlanması.

Tərtib (kodlaşdırma)

Texniki tapşırığa uyğun olaraq Backend və frontend üzrə proqram təminatının yazılması, modulların hazırlanması və inteqrasiyaların qurulması.

Verifikasiya (ilkin testlərin aparılması) Prosesi

Hazırlanmış proqram hissələrinin texniki tələblərə uyğunluğunun yoxlanılması. Funksional, inteqrasiya, təhlükəsizlik və performans testlərinin aparılması.

Validasiya (istifadəçi qəbul testi) və təlimlərin keçirilməsi Prosesi

Proqram təminatının biznes tələblərinə uyğunluğunun real istifadəçilər tərəfindən yoxlanılması və istifadəçi təlimlərinin keçirilməsi.

İstismara Verilmə (Prod Mühitə Köçürmə) Prosesi

Sistemin istehsalat mühitinə miqrasiyası, server və verilənlər bazalarının konfiqurasiya olunması nəticə etibarı ilə sistemin faktiki istifadəyə təqdim olunması.

İstismar Prosesi

İstifadəyə verilmiş sistemin əməkdaşlarımız tərəfindən gündəlik monitorinqi və baş vermiş hər hansı uyğunsuzluqların aradan qaldırılması.

Təhvil-təslim mərhələsi

Tam qüsursuz şəkildə fəaliyyət göstərən sistemin sifarişçiyə təhvil verilməsi.

Texniki Dəstək mərhələsi

Təhvil verilmiş sistemin istismarı zamanı yaranan problemlərin aradan qaldırılması, sistemin optimallaşdırılması və yeniləmə/təkmilləşdirmə işlərinin aparılması.

Rəqəmsal transformasiyaya başlamağa hazırsınız?