Mobil tətbiqlərin hazırlanması

Müasir dövrdə insanlar mobil qurğulara üstünlük verərək bütün xidmətləri bir toxunuşla əldə etmək istəyirlər. Biz sizin biznesiniz üçün funksional, cəlbedici, və istifadəçi yönümlü mobil tətbiqlər hazırlayırıq. İOS və Android platformaları üçün fərdi həllər təqdim edərək rəqibləriniz qarşısında üstün, müştərilərinizlə isə daha yaxın və davamlı əlaqə qurmağınıza kömək edirik.

Mobil tətbiqlərin hazırlanması üzrə xidmətlərimiz

Android platformasında çalışan qurğular üçün tətbiqlərin hazırlanması

Android platformasında çalışan qurğular (telefon, planşet, televizor və s.) üçün nəzərdə tutulmuş mobil tətbiqlərin tərtibi geniş nəzəri və praktik biliklərə məxsus proqramçılarımız tərəfindən icra edilir. Bu sahədə geniş təcrübəyə sahib olaraq biz təhlükəsizliyi, zəngin dizaynla cəlbediciliyi və istifadəçi rahatlığını özündə birləşdirən tətbiqlər tərtib edirik.

iOS platformasında çalışan qurğular üçün tətbiqlərin hazırlanması

Şirkətimiz peşəkar yanaşma və qabaqcıl texnologiyalar əsasında iOS ekosisteminə daxil olan qurğular (iPhone, iPad, Apple TV və Apple Watch) üçün yüksək keyfiyyətli tətbiqlər hazırlayır. Vizual cəhətdən cəlbedici, funksionallıq baxımından isə mükəmməl olan bu həllər xidmətlərinizi müştəriləriniz üçün daha əlçatan, rahat və effektiv edir.

Progressive Web App (PWA) tətbiqlərinin hazırlanması

Progressive Web App (PWA) texnologiyası əsasında hazırlanmış tətbiqlər peşəkar və geniş praktiki təcrübəyə malik mütəxəssislərimiz tərəfindən icra olunur. PWA həllərimiz müxtəlif qurğularda (mobil telefon, planşet, masaüstü kompüter və s.) problemsiz işləyir və brauzer üzərindən tətbiq funksionallığını təmin edir. Bu sahədə qazandığımız təcrübə sayəsində biz təhlükəsizliyi, istifadədə rahatlığı və müasir dizaynı özündə birləşdirən, internet bağlantısı olmadığı hallarda belə əsas funksiyaları aktiv saxlayan tətbiqlər hazırlayırıq. Bu yanaşma xidmətlərinizi istifadəçiləriniz üçün daha çevik, sürətli və əlçatan edir.

Low-Code texnologiyaları ilə mobil tətbiqlərin hazırlanması

Low-code texnologiyaları əsasında mobil və veb tətbiqlərin hazırlanması rəqəmsal həlləri daha qısa müddətdə əldə etməyə imkan yaradır. Bu texnologiyalardan istifadə biznes subyektlərinin texniki komandadan asılılığını azaldır, tətbiqlərin hazırlanması və miqyaslanması üçün xərcləri optimallaşdırır, tətbiqlərin IOS və Google laboratoriyalarında təsdiqlənməsi prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır və tətbiqlərin digər resurslarla daha rahat inteqrasiyasına zəmin yaradır.

Fərdi ekosistemini qur

Mobil telefonlar üçün tətbiqlər

Mobil telefonlar üçün tətbiqlər

Müştərilərinin və əməkdaşlarının hansı platformada işləyən mobil qurğular istifadə etməyindən asılı olmayaraq biz Sizə bütün mobil qurğularda çalışan funksional, intuitiv və rəngarəng həllər təklif edirik
Planşetlər üçün tətbiqlər.

Planşetlər üçün tətbiqlər.

Bizim tətbiqlərimiz bütün qurğulara rahat adaptasiya olur və qüsursuz işləyir. Kompüteriniz əlçatan olmadığı halda belə işinizlə bağlı bütün funksionallıqları icra etməyə imkan verir
Smart saatlar üçün tətbiqlər

Smart saatlar üçün tətbiqlər

Biz müxtəlif platformalarda çalışan smart saatlar üçün tətbiqlər hazırlayırıq. Onlar mobil tətbiqlərlə sinxron çalışır və Sizlərə sevimli məşğuliyyətinizdən ayrılmadan biznesinizi idarə etməyə kömək edir
POS terminallar üçün tətbiqlər

POS terminallar üçün tətbiqlər

POS terminal və digər ödəniş terminalları üçün hazırladığımız tətbiqlər Sizə hər bir müştəriniz üçün individual yanaşma tətbiq etmə imkanı verir. Bu cür tətbiqlər bank sistemləri və prossesinq mərkəzləri ilə rahat intaqrasiya olunur.

Mobil tətbiqlər üzrə istifadə olunan texnologiyalar

Andoid platforması
Java
Kotlin
Graddle
JetPack
IOS platforması
Swift
objective-C
SwiftUI
CocoaPods
PWA
ReactJS
Angular
Redux
Lighthouse
Low-Code
Corezoid
Camunda
Elma
Microsoft Power Apps